Azərbaycanlı hücumçu yenidən klubunu dəyişməyə hazırlaşır

00:30 Bizimkilər 145
Azərbaycanlı hücumçu yenidən klubunu dəyişməyə hazırlaşır

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov yenidən klubunu dəyişməyi düşünür.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Polşa təmsilçisi “Motor”dan ayrılmaq fikrindədir. Buna səbəb forvardın heç cür əsas heyətə düşə bilməməsidir.

Lublin klubuna yay fasiləsində keçən Renat cari mövsüm oyunlarda əsasən ehtiyatdan meydana daxil olub.

Polşa Ekstraklasasının əvvəlki 3 turunda iştirak etməyən Dadaşov “Yagelloniya” ilə son matçın (1:1) yalnız 8 dəqiqəsində komandasına kömək edib.

“Motor”da istəyinə nail olmayan hücumçu artıq yeni təklifləri dəyərləndirmək qərarına gəlib. O, qış fasiləsində yeni komandaya keçməyi planlaşdırır.

Renat Dadaşovun “Motor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı