Millimizin baş məşqçisi və kapitanı “The Best”də kimlərə səs verib? - ADLAR

13:20 Bizimkilər 91
Millimizin baş məşqçisi və kapitanı “The Best”də kimlərə səs verib? - ADLAR

FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub.

Sportinfo.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, ölkəmizi səsvermədə təmsil edən milli komandamızın baş məşqçisi Ayxan Abbasov və komandanın kapitanı Emin Mahmudovun da seçimi müəyyənləşib.

Ayxan Abbasov Əşrəf Hakimiyə (PSJ) 5, Kilian Mbappeyə ("Real") 3, Məhəmməd Salaha ("Liverpul") 1 səs verib.

Emin Mahmudov Kilian Mbappeyə ("Real") 5, Usman Dembeleyə (PSJ) 3, Lamin Yamala ("Barselona") isə 1 səs verib.

Azərbaycan mediasından Rasim Mövsümov isə müvafiq olaraq Usman Dembele, Lamin Yamal və Əşrəf Hakimiyə səs verib.

Səsvermənin yekununda Usman Dembele (Fransa) 50 səslə 1-ci, Lamin Yamal (İspaniya) 39 səslə 2-ci, Kilian Mbappe (Fransa) 35 səslə 3-cü olub.

Digər Xəbərlər
Xəbər Lenti