Azərbaycanlı hücumçu milli seçimini etdi: “Orada oynamağa böyük həvəsim var”

00:40 Bizimkilər 90
Azərbaycanlı hücumçu milli seçimini etdi: “Orada oynamağa böyük həvəsim var”

"Dinamo"nun (Moskva) və Rusiyanın U-21 milli komandasının əslən azərbaycanlı futbolçusu Ülvi Babayev karyerası ilə bağlı gələcək hədəflərindən danışıb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu Rusiyanın əsas milli komandasında yer almaq üçün motivasiyalı olduğunu vurğulayıb:

“Məqsədim Rusiya milli komandasının heyətində yer almaqdır. Orada oynamağa böyük həvəsim var.

Əsas məsələ Valeri Karpindən oyun vaxtı qazanmaq və verilən fürsətlərdən maksimum yararlanmaqdır”.

Daha öncə AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması üçün danışıqlar aparırdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!