İngiltərənin DÇ-2026-da oyununu azərbaycanlılar idarə edəcək

16 Noyabr 2025 23:45 Bizimkilər 636
İngiltərənin DÇ-2026-da oyununu azərbaycanlılar idarə edəcək

FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Azərbaycanlı hakim İngiltərənin oyununu idarə edəcək - DÇ-2026

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti