Babayev 90+9 və 90+11-ci dəqiqələrdə iki qol vurdu, rusların “ürəyi getdi”

17 Noyabr 02:40 Bizimkilər 11 400
Babayev 90+9 və 90+11-ci dəqiqələrdə iki qol vurdu, rusların “ürəyi getdi”

Hazırda “Dinamo”da (Moskva) çıxış edən azərbaycanəsilli futbolçu Ülvi Babayev Rusiya U-21 millisinin heyətində dubla imza ataraq komandasına vacib qələbə qazandırıb.

Sportinfo.az xəbər verir ki, həmyerlimiz “Manas Kuboku”nda Bəhreynin 23 yaşadək futbol komandasına qarşı oyunun 90+9 və 90+11-ci dəqiqələrində qol vuraraq komandasına 2:0 hesablı qələbə qazandırıb.

21 yaşlı Ülvi Babayev Moskva vilayətinin Ximki şəhərində anadan olub və 2021-ci ildən Moskva “Dinamo”sunda çıxış edir.

O, dəfələrlə müxtəlif yaş qrupları üzrə Rusiya yığmalarına dəvət alıb. Azərbaycanəsilli rusiyalı futbolçu Ülvi Babayev oktyabr ayında Krılya Sovetov”un qapısından üç qol keçirməklə oyunun qəhrəmanına çevrilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?