Azərbaycanlı Rusiya millisinin oyununu idarə edəcək

13 Noyabr 01:20 Bizimkilər 635
Azərbaycanlı Rusiya millisinin oyununu idarə edəcək

Rusiya ilə Peru milliləri arasında keçiriləcək yoldaşlıq görüşünü Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqda keçiriləcək oyunun baş hakimi Kamal Umudlu olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerli Yan Bobrovski yerinə yetirəcək.

Rusiya – Peru matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…