Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı

12 Noyabr 2025 23:00 Bizimkilər 794
Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR