UEFA Quliyevi Türkiyənin oyununa göndərdi

11 Noyabr 2025 02:50 Bizimkilər 491
UEFA Quliyevi Türkiyənin oyununa göndərdi

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə – Ukrayna görüşünün hakim-inspektoru olacaq.

H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən “Kasımpaşa Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti