Azərbaycanlı hücumçu Almaniyada qələbə qazandı

25 Mart 2024 02:20 Bizimkilər 1 446
Azərbaycanlı hücumçu Almaniyada qələbə qazandı

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, Berlin təmsilçisi 19-cu turdan təxirə salınmış görüşdə “Altqlinikke” ilə üz-üzə gəlib gəlib.

Rüfətin komandası rəqibini 3:2 hesabı ilə məğlub edib. Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb.

“Dinamo” 53 xalla 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!