Azərbaycanlı B Divizionun final matçını idarə edəcək

21 İyul 2024 19:25 Bizimkilər 526
Azərbaycanlı B Divizionun final matçını idarə edəcək

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Gürcüstanın Batumi şəhərində təşkil olunan Avro Çimərlik Futbolu Liqasında (EBSL) B Divizionunun final oyununu idarə edəcək.

Sportinfo.az xəbər verir ki, bu gün keçiriləcək həlledici görüşdə Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaqlar.

Bakı vaxtı ilə saat 20:30-da başlayacaq final matçının 2-ci hakimi macarıstanlı Baqi Çaba, 3-cü hakimi gürcüstanlı Kaxa Vaşadze, 4-cü hakimi isə Azərbaycanın digər referisi Nail Nağıyev olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:00 Evləndilər - VİDEO