COP29

Şahruddin 2 qol buraxdı, 90+2-ci dəqiqədə əvəzləndi

18 May 01:20 Bizimkilər 512
Şahruddin 2 qol buraxdı, 90+2-ci dəqiqədə əvəzləndi

Türkiyə Superliqasında 37-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Antalyaspor"la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı qapıçı meydana start heyətdə çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib.

"Adana Demirspor" 44 xalla 11-ci, "Antalyaspor" 48 xalla 10-cu pillədə qərarlaşıb. Siyahıya 99 xalla "Qalatasaray" başçılıq edir.

"Antalyaspor - "Adana Demirspor" 2:1
Qol:
Mendoze, 30-avtoqol (1:0), Aimbetov, 65 (1:1), Yılmaz, 74 (2:1)

Digər Xəbərlər
Xəbər Lenti