Ermənilərin “Qazaxı məhv edərik” hədəsinə cavab: “1-2 saat ərzində...”

28 Mart 20:30 Bizimkilər 536
Ermənilərin “Qazaxı məhv edərik” hədəsinə cavab: “1-2 saat ərzində...”

Ermənistan Baş naziri Nikol Paşinyanın martın 18-də Tavuşa səfəri və kənd sakinləri ilə görüşü, aparılan müzakirələr Ermənistan ictimaiyyətində birmənalı qarşılanmayıb.

Tavuş sakinlərinin evlərini tərk etməyəcəyi, silahlanacağı barədə də xəbərlər mövcuddur.

Digər tərəfdən erməni mediasında yayılan məlumata görə, Bağanis (Bağanıs Ayrım red.) kənd sakini Narek Saakyan deyib ki, sözügedən ərazilər yüksəkdədir.

O deyib: “Aşağıda olan Qazax bölgəsini istənilən an məhv edə bilərik.

Məsələni globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistan tərəfindən müharibədən əvvəl, münaqişə vaxtı və ondan sonrakı dövrdə də Azərbaycana aid müəyyən ərazilərdən qoşunların çıxmasına qarşı çıxış edən siyasətçilər, ictimaiyyət nümayəndələrinin bəyanatlarına dəfələrlə rast gəlmişik:

“Vaxtilə Ermənistan Laçının Zabux kəndidə Suriyadan gələn ermənini kəndin bələdiyyə sədri vəzifəsinə təyin edib, ona Azərbaycana qarşı bəyanatlar səsləndirməsi üçün şərait yaratdılar. Bu kimi halların tez-tez şahidi olmuşuq. Lakin Azərbaycan əsgərinin ayaq səsləri gələn kimi müharibə “çağırışçıları” mövqeləri qoyub qaçan əsgərlərə rəhbərlik etməyə başladılar. Tavuş istiqamətindəki erməni mövqeləri qətiyyən yüksəklikdə yerləşmir. Sözügedən əraziləri şəxsən Qazaxın Odundağ yüksəkliyindən müşahidə etmişəm.

Digər tərəfdən, müharibə vaxtı erməni ordusunun mövqeləri kifayət qədər yüksəkdə idi, Azərbaycanın mövqeləri isə aşağıda, düzənlik ərazidə, aşağı yüksəkliklərdə yerləşirdi. Lakin bu, Silahlı Qüvvələrimizə 44 gün ərzində erməni silahlılarını darmadağın etməyə mane olmadı. İndi də ordumuzun mənəvi, psixoloji və döyüş ruhu kifayət qədər yüksək səviyyədədir. Ermənistan XXI əsrin fərari ordusu olaraq əzilmiş, sındırılımış vəziyyətdədir. Əgər rəsmi İrəvan prosesləri uzatmağa cəhd edərsə, ordumuz erməniləri işğal altındakı ərazilərimizdən qısa müddət, hətta 1-2 saat ərzində tamamilə təmizləyəcək”.

Hərbi ekspertin fikrincə, Ermənistanın Azərbaycana qarşı hər hansı addım atması mümkün deyil, İrəvan daha çox ərazi, silah və mövqe itirəcəyini yaxşı bilir:

“Qazax rayonu və ətraf ərazilər üçün hazırda heç bir risk yoxdur. Bu riskləri Azərbaycan Silahlı Qüvvələrinin imkanları hesabına sfırlamışıq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!