“Burada hər şey ürəyimcədir, Superliqada oynamaq istəyirəm”

27 Mart 2024 22:40 Bizimkilər 951
“Burada hər şey ürəyimcədir, Superliqada oynamaq istəyirəm”

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə Superliqasında oynamaq istəyir.

Sportinfo.az xəbər verir ki, bunu I Liqada çıxış edən “Boluspor”un yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı hücumameyilli oyunçu Bolu təmsilçisində özünü çox yaxşı hiss etdiyini bildirib:

“Burada hər şey ürəyimcədir. Klubun fərqli sistemi var.

Vaxt keçdikcə qollarım və assistlərim də gələcək. İndiki mərhələdə əsas Superliqaya yüksəlmək üçün pley-offa vəsiqə qazanmaqdır.

Növbəti mövsüm Superliqada oynamaq istəyirəm”.

“Boluspor”a bu ilin əvvəlində Albaniya klubu “Eqnatia”dan keçən Vüsal İsgəndərlinin müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!