“Qarabağ”a qayıdacağım barədə heç bir qərar verilməyib"

27 Mart 2024 01:20 Bizimkilər 1 010
“Qarabağ”a qayıdacağım barədə heç bir qərar verilməyib"

Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlı İsveçlə görüşdən sonra "Qarabağ"a qayıdacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, gənc forvard Ağdam klubuna qayıtmağı planlaşdırmadığını deyib:

"Belə bir məlumatım yoxdur. Hələ ki “Yurqorden”dəyəm və “Qarabağ”a qayıdacağım barədə heç bir qərar verilməyib.

Bu haqda danışığımız olmayıb. Mən “Yurqorden”in futbolçusuyam və bu klubun uğurları üçün çalışıram.

“Qarabağ”a qayıtmaq barədə hər hansı bir söhbət olmayıb. Mən İsveçə gedəndə bilirdim ki, bu, nağıl deyil, birdən-birə hansısa partlayış olmayacaq.

Futbolda belə çətinliklər olur. Hazır idim bu çətinliklərə.

Təbii ki, oynamayanda nəinki mənim üçün, ümumiyyətlə hər bir futbolçu üçün psixoloji cəhətdən asan olmur. F

asilə müddətində komandaya yeni futbolçular cəlb olundu. Ola bilər ki, baş məşqçi hazırda yeni transferlərə daha çox şans verir. Mənim işim məşqlərimi edib öz şansımı gözləməkdir”.

Ötən ilin yayında “Qarabağ“dan gedən Musanın “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!