Səfirlik viza vermədi, azərbaycanlı məşqçi Avropa klubu ilə müqavilə bağlaya bilmədi

23 Mart 2024 09:25 Bizimkilər 1 485
Səfirlik viza vermədi, azərbaycanlı məşqçi Avropa klubu ilə müqavilə bağlaya bilmədi

Avstriyanın "Vakker Vyana" klubunu çalışdırmağa hazırlaşan millimizin sabiq üzvü Amit Quluzadə bu ölkəyə yollanası olmayıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Avstriya səfirliyi Quluzadəyə viza verməyib.

Buna görə də, gənc mütəxəssisin Avstriya klubunu çalışdırması reallaşmayıb.

Həm klub, həm də məşqçi özü viza almaq üçün bir neçə dəfə müraciət etsə də, istəkləri baş tutmayıb.

Belədə, "Vakker Vyana" başqa mütəxəssislə anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!