COP29

18 yaşlı azərbaycanlı istedad Ukrayna Premyer Liqasında - FOTO

21 Mart 00:30 Bizimkilər 1 409
18 yaşlı azərbaycanlı istedad Ukrayna Premyer Liqasında - FOTO

2023/24 mövsümündən başlayaraq Ukrayna Premyer Liqasında daha bir azərbaycanlı futbolçu debüt etməyə başlayıb.

Söhbət həm Ukrayna, həm də Azərbaycan vətəndaşlığı olan 18 yaşlı Ramik Hacıyevdən gedir.

Sportinfo.az xəbər verir ki, R.Hacıyev Ukrayna Premyer Liqasında yarışan və hazırda turnir cədvəlində 3-cü yeri tutan “Dnipro-1”in (keçmiş “Dnepr”) sol cinah yarımmüdafiəçisidir (vinger). U-19 komandasının üzvü olan Hacıyev bu mövsümdən etibarən əsas komandaya da cəlb edilib və 3 oyunda meydana çıxıb.

Hacıyev debüt matçını 2023-cü ilin sentyabrında “Zarya Luqansk”a qarşı keçirib (11 dəqiqə).

Ukrayna Premyer Liqasında 18 yaşlı azərbaycanlı

Bu aydan başlayaraq isə o, daha çox oyun şansı qazanır. Ramik martın 3-ü “Obolon”la Premyer Liqa görüşündə 17, martın 12-si “Çerkassı” komandası ilə oyunda isə 45 dəqiqə meydanda olub.

1:1 hesabı ilə yekunlaşan bu görüşdə Hacıyev 46-cı dəqiqədə oyuna daxil olub, cəmi 1 dəqiqə sonra isə komandasının vurduğu qolun yaradılmasında iştirak edib.

R.Hacıyev bu yaxınlarda Ukraynanın U-19 millisinə də dəvət alıb. Komanda Avropa çempionatının elit raundunda iştirak edəcək.

Hacıyev “Dnipro-1”ə (U-19) 2022-ci ilin sentyabrında keçib. Buna qədər isə o, “Rux”un (Ukrayna) U-17 komandasında da oynayıb. Ramik Ukraynanın Munçak Futbol Akademiyasının yetirməsidir.

İndiyədək Ukrayna Premyer Liqasında bir neçə azərbaycanlı futbolçu çıxış edib. Onlardan bəziləri Azərbaycanın əsas milli komandasına da cəlb olunub.

Digər Xəbərlər
Xəbər Lenti