"Onda hər şey yaxşı alınsa, Azərbaycan millisi çox yaxşı futbolçu qazanmış olacaq"

20 Mart 2024 02:50 Bizimkilər 2 362
"Onda hər şey yaxşı alınsa, Azərbaycan millisi çox yaxşı futbolçu qazanmış olacaq"

"Emil Mustafayevin Azərbaycan millisinə dəvət edilməsinə çox sevindim.

Əlbəttə ki, o, milli komandaya kömək ola bilər, çünki çox yaxşı futbolçudur.

Vacib olan onun kollektivə öyrəşməsidir. Millidəki futbolçuların və məşqçilərin ona adaptasiya barəsində kömək edəcəyinə əminəm. Belədə, hər şey onun üçün yaxşı alınacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Ukrayna Premyer Liqasında yarışan "Obolon"un futbolçusu Dmitri Nağıyev deyib.

Azərbaycanlı futbolçu "Polessye"də çıxış edən və milli komandaya cəlb olunan Emil haqda fikirlərini bildirib. O, gənc yarımmüdafiəçinin potensialına bələd olduğunu söyləyib:

"Emili çox yaxşı tanıyıram. Ukraynada da özünü yaxşı tərəfdən göstərib.

Elə milliyə yollanmamışdan qabaq bizim klublar üz-üzə gəlirdi. Oyundan əvvəl danışdıq.

Emildə hər şey yaxşı alınsa, Azərbaycan millisi çox yaxşı futbolçu qazanmış olacaq".

U-21 yığmamızın sabiq üzvü də Azərbaycan millisində oynamaq istəyir:

"Azərbaycan millisində oynamağı çox istəyirəm. Canni De Byazinin dövründə də bu dəvəti gözləyirdim.

Çünki oynayırdım. Sadəcə, son dövrlərdə meydana çıxmırdım.

Ona görə də hər şey doğrudur. Milli komandaya dəvət olunacağımı gözləmirdim".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!