Coşquna şans tanıyan "Ümraniyespor" qazandı - VİDEO

19 Mart 2024 03:20 Bizimkilər 765
Coşquna şans tanıyan "Ümraniyespor" qazandı - VİDEO

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin də formasını geyindiyi "Ümraniyespor" Türkiyə 1-ci liqasında 27-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda evdə "Adanaspor"la qarşılaşıb. Matç "Ümraniyespor"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

C.Diniyev də bu oyunda iştirak edib. O, meydana start heyətdə daxil olub və sonadək oynayıb.

"Ümraniyespor" hazırda turnir cədvəlində 33 xalla 11-cidir.

"Ümraniyespor" - "Adanaspor" 2:0

Qollar: Tomislav Qlumaç, 85, İlhami Sirachan Nas, 90+1

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!