"Musanın parlaq peşəkar karyerası olacaq" - Anatoli Ponomaryov

18 Mart 2024 11:20 Bizimkilər 978
"Musanın parlaq peşəkar karyerası olacaq" - Anatoli Ponomaryov

Sportinfo.az xəbər verir ki, milli komandamızın sabiq futbolçusu Anatoli Ponomaryov "Yurqorden"də son iki oyunda meydana buraxılmayan Musa Qurbanlı haqda sports.az-a danışıb:

- İndi məşqçi ona şans vermir deyə psixoloji olaraq çətindi. Amma Musa çox peşəkar futbolçudu.

Futbolda hər an hər şey dəyişə bilər. Əlbəttə, mütləq şans qazanacaq. "Yurqorden"də çox hücumçu yoxdu.

Yeni aldıqları Deniz Hümmet bir neçə oyundur zəif komandalara qarşı fərqlənir. Əminəm, bu matçlarda Musa meydanda olsa idi, o da mütləq qollar vurardı.

Futbolda şans veriləndə istifadə etməlisən. Deniz Hümmet qol vurmayacaq, məşqçilər Musaya güvənəcək.

Onun gələcəyini çox işıqlı görürəm. İndi burda püxtələşir. "Yurqorden" onun üçün tramplindi. Futbolçu belə çətinliklərdən keçə-keçə öyrənir, böyüyür. Bu onun xarakterini gücləndirir və futbolçu kimi daha da inkişaf etdirir.

Musanın parlaq peşəkar karyerası olacaq. Çünki çox yaxşı futbolçu və insandı.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!