3 aydan sonra qayıtdı, qələbə qazandı, "Sportinfo"ya danışdı

22 Mart 2024 16:05 Bizimkilər 728
3 aydan sonra qayıtdı, qələbə qazandı, "Sportinfo"ya danışdı

Türkiyədə legioner həyatı yaşayan Bəxtiyar Həsənalizadə təxminən 3 aylıq fasilədən sonra yaşıl meydanlara qayıdıb.

Zədədən əziyyət çəkən müdafiəçinin qayıdışı Ramil Şeydayevin şərəfini qoruduğu "Kocelispor"a qarşı olub.

90 dəqiqə meydanda olan Bəxtiyar sonda "Tuzlaspor"un 2:1 hesablı qələbəsinə sevinib.

O, qayıdışı və qazandıqları vacib qələbə barədə Sportinfo.az-a danışıb:

"Bəli, uzummüdətli zədədən qayıtdım. Əslində ötən turdan sağalmışam. Sadəcə məşqçilər risk etmədi.

Qarşılaşmaya gəldikdə isə vacib qələbə qazandığımızı deməliyəm. Rəqib yaxşı komanda idi. Liderlərdən biridir. Hər iki tərəfə də xallar lazımdır. Çox şükür sonda qalib gələn tərəf biz olduq".

Bəxtiyar millidəki komanda yoldaşı Ramil Şeydayevlə söhbətləşdiyini sözlərinə əlavə edib:

"Oyunun içində salamlaşdıq. Qarşılaşmadan sonra da qısaca danışdıq. Bir-birimizə uğurlar arzuladıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!