Musa Qurbanlı kənardan izlədi, komandası kubokun finalına yüksəldi

18 Mart 2024 01:10 Bizimkilər 980
Musa Qurbanlı kənardan izlədi, komandası kubokun finalına yüksəldi

isveç Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

SportİNFO.az xəbər verir ki, Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə AİK-in qonağı olub.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Yurqorden" finala yüksəlib.

Musa Qurbanlı bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sona qədər ehtiyatda qalıb.

"Yurqorden" həlledici oyunda "Malmö" ilə üz-üzə gələcək. Final matçı 9 may tarixində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!