Azərbaycan millisinin eas hücumçusu xəstəlikdən sağaldı

17 Mart 01:50 Bizimkilər 379
Azərbaycan millisinin eas hücumçusu xəstəlikdən sağaldı

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov xəstəlikdən sağalıb.

Sportinfo.az-ın “berliner-kurier.de” saytına istinadən məlumatına görə, Almaniyanın “Dinamo” komandasında çıxış edən hücumçu artıq kollektivə qoşulub.

Bunu baş məşqçi Dirk Kunert açıqlayıb. O bildirib ki, cari mövsüm 14 qolla komandanın ən məhsuldar oyunçusu olan Dadaşov Regionalliqanın XXVI turunda “Çemnitzer”lə keçiriləcək oyunda meydanda olacaq:

“Dadaşov səhhətindəki problemə görə ötən turdakı matçımızı buraxmışdı. Ancaq indi bizimlə birlikdədir və növbəti görüşə hazırdır”.

Berlin klubu hazırda 50 xalla ikinci pillədə qərarlaşır və liderdən cəmi 2 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti