İlin sonunadək azad olunan ərazilərə bu qədər ailə köçürüləcək

16 Mart 2024 15:50 Bizimkilər 501
İlin sonunadək azad olunan ərazilərə bu qədər ailə köçürüləcək

“Bu ilin sonunadək azad olunan ərazilərə 5171 ailənin köçürülməsi planlaşdırılır”.

Bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.

Baş nazir xatırladıb ki, keçən ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb.

Əli Əsədov qeyd edib ki, bu ilin sonunadək işğaldan azad olunan 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır:

“Bundan başqa, əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 min 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!