“Göteborq” azərbaycanlı hücumçunu icarəyə götürmək istəyir?

15 Mart 2024 02:30 Bizimkilər 3 095
“Göteborq” azərbaycanlı hücumçunu icarəyə götürmək istəyir?

Azərbaycan millisinin forvardı Musa Qurbanlı İsveçdə komandasını dəyişə bilər.

Sportinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, “Yurqorden”in hücumçusu çempionatın digər iştirakçısı “Göteborq”un maraq dairəsinə düşüb.

Baş məşqçi Yens Bertel Asku Allsvenskanda yeni mövsüm başlamamış hücum xəttinin gücləndirilməsini istəyib. Bu mənada Qurbanlı onlar üçün uğurlu variant hesab olunur.

Məlumatda bildirilir ki, 21 yaşlı forvardın “Yurqorden”in planlarına daxil olmaması bu keçidin reallaşmasına zəmin yarada bilər. “Göteborq” onu icarəyə götürməyi nəzərdən keçirir.

Musa Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

İsveç çempionatında 2024 mövsümü martın sonunda başlayacaq.

Maraqlıdır ki, ilk turda “Göteborq”la “Yurqorden” birincilərin meydanında üz-üzə gələcəklər. Qarşılaşma aprelin 1-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!