FOTO: Azərbaycan hücumçu MİLYONÇU OLDU – 1 ilin içndə

14 Mart 2024 01:20 Bizimkilər 2 503
FOTO: Azərbaycan hücumçu MİLYONÇU OLDU – 1 ilin içndə

Türkiyə mətbuatı Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Kocaelispor"da ilyarımlıq alacağı məbləği açıqlayıb.

Sportinfo.az “Özgür Kocaeli” portalına istinadən xəbər verir ki, Şeydayev indiki yarımmövsüm üçün 250 min avro (təxminən 465 min manat), növbəti ildə isə 450 min avro (təxminən 845 min manat) qazanacaq.

Maraqlıdır ki, millimizin forvardı "Kocaelispor"a rəsmi transfer olunmazdan əvvəl Türkiyə mətbuatında onun illik 800 min avrodan yuxarı maaş alacağı iddia edilirdi.

Ramil Şeydayev "Buriram Yunayted"dən ayrıldıqdan sonra "Kocaelispor"la qışda 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!