Mahir Emreli avrokubokdakı növbəti matçı da buraxacaq

14 Mart 2024 00:40 Bizimkilər 520
Mahir Emreli avrokubokdakı növbəti matçı da buraxacaq

Azərbaycan millisinin forvardı Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti oyunu da buraxacaq.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Yunanıstanda PAOK-a qarşı keçiriləcək Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda iştirak etməyəcək.

Emrelinin adı martın 14-də reallaşacaq görüşün iştirak ərizəsinə daxil edilməyib.

Zaqrebdəki ilk matçda meydan sahibləri qələbə qazanıblar - 2:0. Yanvarın əvvəlində sıradan çıxan forvard bu yaxınlarda zədəsini sağaldıb və komanda ilə məşqlərə qoşulub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!