Ölkəmizdə qohum evlilikləri qadağan olunacaq? - VİDEO

13 Mart 2024 15:50 Bizimkilər 730
Ölkəmizdə qohum evlilikləri qadağan olunacaq? - VİDEO

Qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması ciddi müzakirə olunur.

Aparılan maarifləndirmə işlərinə baxmayaraq, yaxın qohumlar arasında nikahların hələ də olması bu addımı atmağa səbəb olur.

Mövzu ilə bağlı Xəzər Televiziyası süjet hazırlayıb.

Belə ki, sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, qohum evliliklərinin sayı artarsa, bu, genefondumuza və gələcəyimizə təsir edəcək.

O bildirib ki, boşanmaların artdığı bir dövrdə qohum nikahları nəinki əlaqələri möhkəmləndirir, əksinə, qohumlar arasında düşmənçiliyə gətirib çıxara bilər.

Hüquqşünas Akif Əlizadə isə bildirib ki, qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahlara yol aça bilər. Bu, nikahın könüllülük prinsipinə zidddir.

Daha ətraflı videoda:

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!