Millimizə gəlmədi, bu ölkənin komandasına çağırıldı - FOTO

13 Mart 2024 13:20 Bizimkilər 1 005
Millimizə gəlmədi, bu ölkənin komandasına çağırıldı - FOTO

AFFA-nın təklifindən imtina edən "Jenis"nun oyunçusu Rauf Allahverdiyev seçimində qalıb.

Sportinfo.az xəbər verir ki, 17 yaşlı futbolçu Qazaxıstanın U-19 yığmasına dəvət olunub.

O, bundan əvvəl həmin ölkənin U-17 yığmasında çıxış edirdi.

AFFA əslən azərbaycanlı olan futbolçunu yığmaya dəvət etmək istəsə də, Allahverdiyev seçimini dəyişməyəcəyini və Qazaxıstan üçün oynayacağını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!