“Beşiktaş”ın önünü kəsdi, Dadaşovdan danışdı: “Ona başqa heç nə arzulaya bilmərəm”

26 Yanvar 2024 22:40 Bizimkilər 1 539
“Beşiktaş”ın önünü kəsdi, Dadaşovdan danışdı: “Ona başqa heç nə arzulaya bilmərəm”

“Beşiktaş”la oyunda böyük bir iş görmədim, öz oyunumu göstərdim və komandama vacib xal qazanmağa kömək etdim”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan millisinin və “Adana Dəmirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev “Beşiktaş”la qolsuz bərabərə qaldıqları Superliqanın XXII turunun oyunu ilə bağlı danışarkən deyib.

Bir neçə kritik qurtarışlara imza ataraq görüşün ən yaxşı futbolçusu seçilən 29 yaşlı qolkiper heç-heçəni sürpriz nəticə adlandırmayıb:

“Nəticə sürpriz olmadı. Qalib gəlmək istəyirdik. Amma qırmızı vərəqə planlarımızı bir az pozdu.

Yenə də 1 xal qazandığımız üçün sevincliyik. O ki qaldı qurtarışlarıma, komandama fayda verə bildiyim üçün çox şadam”.

Ş.Məhəmmədəliyev Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”a qarşı keçiriləcək Superliqanın XXIII turunun matçına da münasibət bildirib:

“Renata oyunu zədəsiz keçirməyi və sağlam qalmağı arzulayıram. Qarşıdakı görüşdə ona başqa heç nə arzulaya bilmərəm”.

Yanvarın 27-də keçiriləcək “Adana Dəmirspor” – “Hatayspor” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hazırda adanalılar 31 xalla 7-ci, Hatay təmsilçisi isə 22 xalla 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!