Ramil yeni klubunda ehtiyatda qaldı, liderə qalib gəldilər - VİDEO

21 Yanvar 2024 00:50 Bizimkilər 810
Ramil yeni klubunda ehtiyatda qaldı, liderə qalib gəldilər -  VİDEO

Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası "Kocaelispor" öz meydanında lider "Eyüpspor"u qəbul edib

və 2:1 hesabı ilə qalib gəlib..

Ramil Şeydayev bu görüşdə "Kocaelispor"da debüt edə bilməyib. O, sona qədər ehtiyatda qalıb.

Arda Turanın çalışdırdığı "Eyüpspor"da çıxış edən Azərbaycanın U-21 millisinin sabiq üzvü Taşkın İlter isə zədə səbəbindən oyunda iştirak etməyib.

Bu qələbə ilə xallarını 36-a yüksələdən "Kocaelispor" 2-ci pilləyə yüksəlib. Lider "Eyüpspor"un 45 xalı var. Bir oyun az keçirən "Göztepe" isə 35 xalla 3-cüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti