"Həll etdik" - Ertuğrul Sağlam Ramil Şeydayevdən danışdı

19 Yanvar 2024 09:20 Bizimkilər 11 404
"Həll etdik" - Ertuğrul Sağlam Ramil Şeydayevdən danışdı

"Ramil Şeydayevin digər yeni oyunçularımızla birgə əskiklərimizi böyük ölçüdə həll edəcəyini düşünürəm".

Sportinfo.az xəbər verir ki, bu haqda Türkiyə 1-ci liqa təmsilçisi "Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam yerli jurnalistlərə açıqlamasında bildirib.

Tailandın "Buriram Yunayted" klubundan ayrılan Azərbaycan millisinin 27 yaşlı hücumçusu Ramil Şeydayev dünən "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

E.Sağlam ki, yeni futbolçular hazır durumdadırlar: "Amma bəzi alternativ çözümləri ortaya qoyacağıq. Həftə sonu həmin futbolçulardan hansı uyğun olsa, onun oynaması ilə bağlı qərar verəcəyik".

"Kocaelispor" bu həftənin şənbə günü öz meydanında Arda Turanın baş məşqçisi olduğu lider "Eyupspor"u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

18 oyundan 45 xalı olan "Eyupspor" turnir cədvəlində 1-ci, 33 xala malik "Kocaelispor" isə 3-cü yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!