Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Kocaelispor"la müqavilə imzaladı.
Sportinfo.az xəbər verir ki, Dubayda olan futbolçu oradan təyyarə ilə Türkiyəyə yollanıb.
Tibbi müayinədən keçdikdən sonra 1,5 illik kontrakta imza atıb.
R.Şeydayev özünün instaqram səhifəsində Dubaydan şəkil paylaşıb. O, bununla Tailand "Buriram Yunayted"i ilə vidalaşıb.
27 yaşlı hücumçu "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted" ilə 2 illik müqavilə imzalamışdı.


