Şahruddin qapıda dayanmadı, II liqa klubuna uduzdular, kuboku tərk etdilər

18 Yanvar 2024 03:30 Bizimkilər 1 027
Şahruddin qapıda dayanmadı, II liqa klubuna uduzdular, kuboku tərk etdilər

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" Türkiyə kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Superliqa klubu 2-ci liqa təmsilçisi "24 Erzincanspor"la qarşılaşıb.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişilmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib.

Daha dəqiq olan "24 Erzincanspor" 7:6 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. "Adana Demirspor" isə turnirlə vidalaşıb.

Ş.Məhəmmədəliyev bu görüşdə oynamayıb. Onun adı matçın iştirak ərizəsinə salınmayıb.

"Adana Demirspor" - "24 Erzincanspor" - 2:2 (penaltilər seriyası - 6:7)
Qollar:
Alkurt, 65 (0:1), Yigiter, 77 (0:2), Miçut, 89 (1:2), Akbaba, 90+2 (2:2)

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda