Tanınmış azərbaycanlı jurnalistin “The Best”i: Niyə Messini üstün tutdu?

16 Yanvar 2024 16:00 Bizimkilər 677
Tanınmış azərbaycanlı jurnalistin “The Best”i: Niyə Messini üstün tutdu?

Azərbaycanlı jurnalist Rasim Mövsümzadənin FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün seçimi müəyyənləşib.

O, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messini 2023-cü ilin ən yaxşısı hesab edib.

Mövsümzadə İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holannı ikinci, İspaniya təmsilçisi "Barselona"nın formasını geyinən İlkay Gündoğanı üçüncü yerə layiq görüb.

Messi “The Best” mükafatının sahib olub. Argentinalı hücumçu 2019 və 2022-ci illərdə də bu fərdi titula yiyələnib.

Tanınmış media mənsubu Sportinfo.az-a açıqlamasında seçimi barədə danışıb:

“Mükafatlandırma mərasimi 2024-cü ilin yanvarında keçirilsə də, səsvermə 2022-ci ilin dekabrından 2023-cü ilin oktyabrınadək olan dövrü əhatə edib.

Yəni bir növ 2022/23 mövsümünün ən yaxşısı müəyyənləşmiş kimi olub. Ona görə də Lionel Messinin Qətər mundialındakı çempionluğu da ümumi nəticələrə öz təsirini göstərib.

Ondan sonra ABŞ-da ardıcıl 7 oyunda fərqlənməklə o qədər də güclü olmayan “İnter Mayami”yə Liqa kubokunu qazandırması da yaddan çıxmayıb.

Argentinanın DÇ-2026-nın seçmə mərhələsində liderliyi də məhz onun sayəsindədir. Messi, demək olar ki, çıxdığı hər oyunun ən yaxşısı seçilməyi bacarır.

Üstəlik, 2023-cü ildə “Laureus World Sportsman of the Year” mükafatını da qazanıb.

Norveçli Erlinq Haalanda gəlincə, düzdür, məhsuldar mövsüm keçirib, həm “Mançester Siti” ilə, həm də fərdi bir çox titullar qazanıb.

Amma fikrimcə, onun ötən mövsüm Çempionlar Liqasının yarımfinal və final qarşılaşmalarında sönük oyun göstərib qol vura bilməməsi, Norveç millisinin Avro-2024-dən kənarda qalması seçimə öz təsirini göstərib.

Ən yaxşı futbolçu seçimində mübarizə Messi və Haaland arasında getdiyi üçün əslində, üçüncü yerdə kimə səs verəcəyinin elə də əhəmiyyəti yox idi.

Bu mənada “Mançester Siti”nin 2022/23 mövsümündəki uğurlarında böyük əməyi olan və eləcə də ümumi karyerasına görə İlkay Gündoğana üstünlük vermişəm“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti