"O, klassik hücumçudur, köhnə dəmirin paslanmadığını sübut etdi"

31 Dekabr 2023 01:20 Bizimkilər 731
"O, klassik hücumçudur, köhnə dəmirin paslanmadığını sübut etdi"

Almaniya mətbuatı “Dinamo Berlin”in azərbaycanlı hücumçusu Rüfət Dadaşovun uğurlu çıxışından yazıblar.

Sportinfo.az xəbər verir ki, “TAG24” portalı Şimal-Şərq Regional Futbol Liqasında mövsümünün birinci yarısının yekunları haqda yazarkən, Rüfət Dadaşovun performansı ilə bağlı bunları qeyd ediblər:

"Rüfət Dadaşov və Sufyan Benyamina klassik hücumçulardır. Onlar cari mövsümün ortalarında həm əvvəlkinin normasını ortaya qoydular, həm də köhnə dəmirin paslanmadığını sübut etdilər".

Onu da əlavə edək ki, Dadaşov mövsümün ilk yarısında 19 oyuna çıxıb və 13 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?