“Azərbaycanlı futbolçunu yalnız bir halda sata bilərik - Bizə böyük məbləğ ödənməlidir”

30 Dekabr 2023 20:20 Bizimkilər 1 431
“Azərbaycanlı futbolçunu yalnız bir halda sata bilərik - Bizə böyük məbləğ ödənməlidir”

.Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin “Eqnatiya”nı dəyişməsi üçün şərt açıqlanıb.

Sportinfo.az xəbər verir ki,Albaniya klubunun prezidenti Aqim Demrozi bunun yalnız böyük məbləğə rəsmiləşə biləcəyini deyib.

Onun sözlərinə görə, İsgəndərlinin transferləri ilə bağlı xəbərlərə mətbuatda rast gəlib

: “Biz nəinki oyunçu satmaq, mövcud heyəti qorumağa və komandaya yeni futbolçuları dəvət etməyə çalışırıq.

İsgəndərlini yalnız bir halda sata bilərik. Bunun üçün də onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”.

İsgəndərlinin Türkiyə, Polşa və Rumıniyadan təkliflər var. “Eqnatiya” isə 18 turdan sonra 37 xalla turnir cədvəlinin lideridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti