Şeydayev "Buriram"ın son matçında iştirak etmədi

30 Dekabr 2023 02:30 Bizimkilər 1 008
Şeydayev "Buriram"ın son matçında iştirak etmədi

Tailand çempionatının 10-cu turunun təxirə salınmış oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə “Praçuap”la qarşılaşıb.

Matç Şeydayevin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü bu dəfəki matçda da meydana çıxmayıb.

"Buriram Yunayted" 27 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti