Şahruddin Məhəmmədəliyev 4 aydır PULSUZ QALIB

28 Dekabr 2023 15:00 Bizimkilər 2 047
Şahruddin Məhəmmədəliyev 4 aydır PULSUZ QALIB

Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” ciddi maliyyə böhranı ilə üzləşib.

Türkiyə klubu 4 ay öncə 2 illik müqavilə imzaladığı Azərbaycan millisinin qapıçısınin müqavilə şərtlərini yerinə yetirə bilmir.

Sentyabrın 5-də «Qarabağ»dan Super Liqa təmsilçisinə keçən kiper ötən müddətdə əməkhaqqı almayıb. “Adana Demirspor” ona yalnız müəyyən məbləğdə “imza pulu“ verib.

Tanınmış yerli iş adamı Murat Sancakın biznes fəaliyyətində durğunluq yaranıb. O, bu səbəbdən prezidenti olduğu kluba kifayət qədər vəsait ayırmaqda çətinlik çəkir.

Yaranmış vəziyyət komanda daxilində narahatlığı artırıb. Artıq Endryu Qravillo buradan ayrılıb.

25 yaşlı müdafiəçinin bir neçə aydır maaşını ala bilmədiyi üçün vəkili vasitəsi ilə Superliqa təmsilçisi ilə müqaviləsini təktərəfli ləğv etdiyi iddia olunub.

Qravillo artıq klub axtarışına da başlayıb. Onun Rusiya “Spartak”ı ilə danışıqlar apardığı və bu komandaya transfer olunacağı bildirilir.

SPORTİNFOAZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti