İran klubu azərbaycanlı baş məşqçi ilə bu şərtlər daxilində anlaşdı

28 Dekabr 2023 14:00 Bizimkilər 2 326
İran klubu azərbaycanlı baş məşqçi ilə bu şərtlər daxilində anlaşdı

Azərbaycanlı məşqçi Nadir Qasımovun İranda hansı klubla anlaşdığı məlum olub.

74 yaşlı mütəxəssis «Günəş»lə ortaq məxrəcə gəlib.

Mazandaran şəhərini təmsil edən komanda yeni yaranıb və bu mövsüm İkinci Liqada mübarizə aparacaq.

Birillik müqaviləyə imza atan Qasımovun qarşısına konkret məqsəd qoyulub - çempionluq uğrunda mübarizə aparmaq və Birinci Liqaya vəsiqə qazanmaq.

Razılaşmaya əsasən, «Şuşa-Qarabağ»ın sabiq baş məşqçisi bu öhdəliyi yerinə yetirərsə, onunla kontraktın müddəti daha 1 il uzadılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?