Prezidentin köməkçisi mina qurbanlarının sayını açıqladı - FOTO

27 Dekabr 2023 21:50 Bizimkilər 613
Prezidentin köməkçisi mina qurbanlarının sayını açıqladı - FOTO

Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

O, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən mina partlayışına da toxunub.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 341 vətəndaşı mina qurbanı olub.

Göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 276 nəfər isə yaralanıb.

2020-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 112 mülki şəxs və 164 hərbçi yaralanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?