Legioner futbolçumuz klubunu dəyişməyə hazırlaşır

27 Dekabr 2023 22:20 Bizimkilər 1 288
Legioner futbolçumuz klubunu dəyişməyə hazırlaşır

"Tuzlaspor"un müdafiəçisi Bəxtiyar Həsənalizadə qış fasiləsində klubunu dəyişə bilər.

Türkiyədə legioner həyatı yaşayan futbolçumuza bir neçə təklif var.

Onu heyətində görmək istəyən klublar arasında Türkiyə və Azərbaycan təmsilçiləri yer alır.

30 yaşlı müdafiəçi özü də bu dəyişikliyə isti baxır.

Sadəcə bunun üçün onu heyətində görmək istəyən klubun məxsus olduğu "Tuzlaspor"la dil tapması lazımdır.

Çünki Bəxtiyarın mövsümün sonuna kimi adıçəkilən komanda ilə müqaviləsi var.

Birinci Liqa təmsilçisi müdafiəçinin çıxışından razıdır və xidmətində maraqlıdır.

Azərbaycan millisinin müdafiəçisi bu mövsüm şərəfini qoruduğu "Tuzlaspor"da 13 oyunda meydana çıxıb və 1 qol vurmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti