Qarabağa köçənlərin sayı sürətlə artır… FOTOLAR

26 Dekabr 2023 21:50 Bizimkilər 739
Qarabağa köçənlərin sayı sürətlə artır… FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb.

Beləliklə, indiyədək Zabux kəndində 203 ailənin (783 nəfər) daimi məskunlaşması təmin edilib.





Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?