Cənubi Azərbaycan təmsilçisi heç-heçə etdi - Mövsümdə ilk dəfə

26 Dekabr 2023 02:50 Bizimkilər 858
Cənubi Azərbaycan təmsilçisi heç-heçə etdi - Mövsümdə ilk dəfə

İran çempionatında 14-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Malavan”la qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb - 0:0.. Bu, "Traktor"un mövsümdə ilk heç-heçəsidir. "Al-qurdlar"ın 8 qələbə və 5 məğlubiyyəti də var.

Hazırda 25 xalı olan Təbriz təmsilçisi 3-cü pillədə qərarlaşıb. Lider "İstiqlal"ın 29 xalı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti