Renat Dadaşov "Beşiktaş" ilə qarşılaşmada - VİDEO

26 Dekabr 2023 02:20 Bizimkilər 994
Renat Dadaşov "Beşiktaş" ilə qarşılaşmada - VİDEO

Türkiyə Super Liqasında 17-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Beşiktaş"ı qəbul edib.

Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu matça start heyətdə başlayıbh və 90 dəqiqə meydanda qalıb.

17 turdan sonra 19 xal toplayan "Hatayspor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

“Hatayspor” - “Beşiktaş” 1:2
Qollar:
Hodziç, 80 - Kılıcsoy, 38, Kolley, 53

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti