Albaniya Superliqasında 18-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” evdə “Tirana” ilə qarşılaşıb.
Çempionatın lideri olan "Eqnatiya" öz meydanında gözlənilməz hesabla məğlub olub - 0:5.
Görüşün 66-cı dəqiqəsində "Eqnatiya"nın futbolçusu Albano Aleksi qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Start heyətdə meydana çıxan Vüsal 73-cü dəqiqədə əvəzlənib. O, meydanı tərk edəndən sonra komandası 3 qol buraxıb.
Hazırda "Eqnatiya" 36 xalla liderliyini davam etdirir. "Tirana" isə bu qələbə ilə xallarını 26-a çatdıraraq 5-ci yerdən 3-cü pilləyə yüksəlib.

