Millimizin vingeri komandasını məğlubiyyətdən qurtardı

25 Dekabr 2023 02:50 Bizimkilər 716
Millimizin vingeri komandasını məğlubiyyətdən qurtardı

Niderland 1-ci divizionunda 20-ci turun matçları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" evdə "Yonq Ayaks"la qarşılaşıb.

Görüş 2:2 hesabı ilə başa çatıb.

Ozan Can Kökçü də bu matçda iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb. Ozan Can 69-cu dəqiqədə 2-ci qolunun müəllifi olub.

"Eyndhoven" Niderland 1-ci divizionunda 30 xalla 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?