Azərbaycanlı hücumçu ispaniyalı baş məşqçinin diqqət mərkəzində

25 Dekabr 2023 02:40 Bizimkilər 2 353
Azərbaycanlı hücumçu ispaniyalı baş məşqçinin diqqət mərkəzində

"Dinamo"nun 19 yaşlılarından ibarət komandasında Gürcüstan çempionu olan Yusuf Mehtiyev əvəzedici və əsas komandanın məşqçilər korpusunun diqqətini çəkib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 2006-cı il təvəllüdlü azərbaycanlı hücumçu qışdan sonra əvəzedici heyətdə oyunlara çıxacaq.

O, yeni sezondan əsas komandanın məşqlərinə də cəlb ediləcək.

Belə ki, həmyerlimiz "Dinamo"nun ispaniyalı baş məşqçisi Andres Karraskonun maraq dairəsindədir. O, əvvəllər klubun akademiyasına rəhbərlik etdiyindən Mehtiyev haqda məlumatı yetərincədir.

Gürcüstan nəhəngi Yusufa beş illik müqavilə təklif edəcək. Amma forvard buna cavab verməkdə tələsmir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?