Növbəti köç karvanı yola çıxdı - Bakıdan Laçına doğru...

23 Dekabr 2023 12:10 Bizimkilər 1 198
Növbəti köç karvanı yola çıxdı - Bakıdan Laçına doğru...

Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola çıxıb.

Müxtəlif ərazilərdə yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?