Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya Superkuboku oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda "Partizani" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
V.İsgəndərli start heyətdə meydana daxil olub və 82-ci dəqiqədə əvəzlənib.
Beləliklə, "Eqnatiya" Superkuboku qazana bilməyib.
"Partizani" - "Eqnatiya" - 1:0
Qol: Rrapay, 38

