Türkiyə Superliqasında 17-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" "Ankaragücü"nün qonağı olub.
Matç 0:0 hesabı ilə başa çatıb.
Renat Dadaşov start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
"Hatayspor" 19 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Ankaragücü" 19 xalla 11-ci pillədədir.

